AQTA “Yeganə”nin təşkilati hüquqi formasını niyə gizlədib?
İyul 03
17:37
2023
Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) "Yeganə Palace” şadlıq sarayının təşkilati hüquqi formasını gizlədib.
Araşdırmalarımız zamanı məlum olub ki, "Yeganə Palace” MMC 8 oktyabr 2019-cu ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Səfərov Şahin Ziyadxan oğludur.
Maraqlıdır ki, "Yeganə Palace” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınsa da, 2000-ci ildən fəaliyyət göstərir. Hazırda MMC-nin 93 468.97 AZN vergi borcu var.
AQTA iyunun 25-də "Yeganə Palace” şadlıq sarayında yoxlamalar aparılması və sözügedən obyektdə normativ hüquqi aktların pozulması faktlarının aşkarlanması ilə bağlı məlumat yayıb.
Həmin məlumatda "Yegan Palace” şadlıq sarayının fiziki şəxs Təmkin Əliyevə məxsus olduğu göstərilib.
Təmkin Əliyev isə Qaynarinfo-ya açıqlamasında bu məlumatın əsassız olduğunu bildirib. "Yeganə Palace” şadlıq sarayının sahibi mən deyiləm. Bu məlumat əssassızdır” deyə o bildirib.
Qlobal.az
Qlobal.az Qaynarinfo-ya istinadla xəbər verir ki, AQTA şadlıq sarayını fiziki şəxs kimi təqdim edib. Halbuki "Yeganə Palace” şadlıq sarayı hüquqi şəxsdir və Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərir.