SON XƏBƏR

Araz Əlizadə koronavirusa yoluxdu - Xəstəxanaya yerləşdirildi

İyul 27
18:42 2020
Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə koronavirusa yoluxub.

Qlobal.az APA-ya istinadən məlumat verir ki, A.Əlizadə "Yeni klinika"ya yerləşdirilib.

Onun həyat yoldaşı da COVID-19-a yoluxub. 

Keçmiş deputatın köməkçisi olmuş Günel Babayeva APA-ya açıqlamasında faktı təsdiqləyib. G. Babayeva bildirib ki, A. Əlizadənin vəziyyəti stabildir, müalicəsi "Yeni klinika"da davam etdirilir. A. Əlizadənin həyat yoldaşının vəziyyəti isə yaxşıdır, sabah evə buraxılması gözlənilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook