SON XƏBƏR

Argentina yığması İsraillə oyundan imtina etdi

İyun 07
10:03 2018
Fələstin Messiyə və komandaya təşəkkür göndərdi

Argentina Dünya Kubokuna hazırlıq çərçivəsində İsraillə keçiriləcək yoldaşlıq görüşünü ləğv edib. Bəzi xəbərlərə görə bu qərar İsrailin Qəzza zolağında fələstinlilərlə davranışına etiraz olaraq qəbul edilib.

Hər halda Argentina yığmasının hücumçusu Gonzalo Higuain deyib: "Nəhayət ki, biz düz olanı etdik”. İsrailin müdafiə naziri deyib ki, "Argentina futbolçularının anti-İsrail kampaniyasına tab gətirməməməsi çox pis hadisədir”. Avigdor Liberman deyib ki, "biz bir qrup antisemit terror dəstəkçiləri qarşısında boyun əyməyəcəyik”.

BBC xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu hadisə ilə əlaqədar Argentina prezidentinə zəng edib. Lakin Argentina prezidenti Maurikio Makri deyib ki, "bu məsələdə onun edə biləcəyi bir şey yoxdur”. Argentinanın xarici işlər naziri Yorge Faurie deyib ki, onun məlumatına görə İsraillə oynamaqdan imtina etmək qərarını Argentina futbolçularının özləri qəbul ediblər.

Bu xəbər Qəzza zolağında alqışlanıb. Burada son etirazlarda 120-dək fələstinli İsrail qüvvələri tərəfindən öldürülüb. İşğal olunmuş Qərb sahilindəki Ramallahda Fələstin Futbol Federasiyası Argentina hücumçusu Lionel Messi və onun komanda yoldaşlarına təşəkkürünü bildirib.

Federasiyanın sədri Cibril Rajob deyib ki, "baş verən hadisə bütün dünyanın israillilərə göstərdiyi qırmızı kartdır”. Matçın ləğv olunmasından əvvəl cənab Rajob İsraili bu yoldaşlıq görüşündən siyasi alət kimi istifadə etməkdə ittiham etmişdi. O fələstinliləri Messinin şəkli olan maykaları yandırmağa çağırmışdı.

İsrail rəsmiləri bidliriblər ki, cənab Rajobun bu bəyanatı ilə bağlı dünya futbol qurumlarına şikayət edəcəklər. Bu oyunun ləğv olunmasına çağıran Avaaz kampaniya qrupu Argentina komandasını "cəsarətli qərara” görə təqdir edib. Kampaniyanın sözçüsü Alis Cay deyib ki, "cəmi bir neçə kilometrliyində silahsız etirazçılar öldürülən Yerusəlimdə keçirilən matç yoldaşlıq adına layiq olmazdı”.

İsrail iddia edir ki, onun hərbi snayperləri fələstinlilərə yalnız özünümüdafiə məqsədi ilə atəş açıblar. (strateq.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook