Argentinanın vitse-prezidenti 6 il müddətinə azadlıqdan məhrum edilib
Dekabr 07
01:13
2022
Məhkəmə Argentinanın vitse-prezidenti Kristina Fernandes de Kirşneri korrupsiya işi üzrə təqsirli bilib.
"Report” xəbər verir ki, müvafiq qərarı ölkənin İkinci Federal Məhkəməsi verib.
Bildirilib ki, siyasətçi 6 il müddətinə azadlıqdan məhrum edilib.
Eyni zamanda, o, dövlət vəzifəsində işləmək hüququndan ömürlük məhrum edilib.