SON XƏBƏR

Arif Hacılı Elçibəy İnstitutundan istefa verdi

Yanvar 10
10:46 2024
Müsavat Partiyasının başqanı Arif Hacılı təsisçilərindən biri olduğu Elçibəy İnstitutundan istefa verib.

Bu barədə Arif Hacılı özü məlumat yayıb.

"Təsisçilərindən biri olduğum Elçibəy İnstitutu adlı qurumdan istefa verirəm. Səbəb Elçibəy İnstitutunun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etməsidir", - deyə Müsavat başqanı bildirib.
 
Elçibəy İnstitutunun təsisçiləri Arif Hacılı, Arzu Səmədbəyli, Əli Kərimli, İsa Qəmbər, İsmayıl Musa, Qiyas Sadıqov, Oqtay Qasımov və Pənah Hüseyn olub



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook