SON XƏBƏR

Asif Hacıyev: Prezident İlham Əliyevin yüksək dövlətçilik fəaliyyəti ölkəmizdəki multikulturallıq ənənələrinin tarixində yeni bir mərhələ açıb

Yanvar 15
13:14 2016
«2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yalnız ölkəmiz üçün deyil, beynəlxalq miqyaslı tarixi hadisədir». Bu fikri Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev deyib. A.Hacıyev bildirib ki, bu gün regionda və bütün dünyada baş verən ziddiyyətli proseslərin, kəskin konfliktlərin şahidiyik.
 
Onun sözlərinə görə, müxtəlif din mənsubları, konfessiyalar, xalqlar, sivilizasiyalar arasında getdikcə dərinləşən ziddiyyətlər, faciəli olaylar yaşanır, bütöv xalqların haqları, bəşəri dəyərlər tapdanır. «Bütün bu hadisələrin fonunda müxtəlif xalqların, din mənsublarının birgəyaşayış modelini, gerçək tolerantlıq örnəyini təqdim edən ölkə məhz Azərbaycan Respublikasıdır. Müstəqil dövlətimizin qurucusu Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin yüksək dövlətçilik fəaliyyəti ölkəmizdəki multikulturallıq ənənələrinin tarixində yeni bir mərhələ açmış, tolerantlığı, multikulturalizmi cəmiyyətimizin həyat tərzinə və dövlət siyasətinin prioritet istiqamətinə çevirmişdir.
 
 
Hazırda Azərbaycan müxtəlif xalqların milli hüquqlarının, dini, mədəni müxtəlifliyinin tam təmin olunduğu dövlətdir. Eyni zamanda müxtəlif xalqların mədəni, dini, mənəvi ənənələri çulğaşaraq ortaq Azərbaycan multikultural mədəniyyətini, tolerant həyat tərzini yaratmışdır. Cənab Prezidentin ölkəmizdəki multikultural mühiti yeni perspektivlərə çıxaracaq Sərəncamı elm-təhsil müəssisələrinin bu sahədə fəaliyyətini də sistemləşdirəcək və elmi ictimaiyyətimizin qarşısında yeni üfüqlər açacaq»- deyə, A.Hacıyev vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook