AŞPA-nın Bakıya qarşı qətnaməsi zibildir - Zöhrabyan
Oktyabr 13
10:20
2023
AŞPA qətnamə qəbul edib: "etnik təmizləmə”, "artsax xalqının fiziki məhv edilmə təhlükəsi”, Azərbaycanın "hərbi təcavüzünü pisləmək”. Sual verirəm, bəs sonra?
Qlobal.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri keçmiş deputat, "Təhlükəsizlik və Demokratiya” hüquq-müdafiə təşkilatının prezidenti, hazırda Strasburqda olan Naira Zöhrabyan AŞPA-nın qəbul etdiyi qətnamə haqda bildirib.
"AŞPA-nın qətnamələri, Avropa Parlamentinin qətnamələri kimi, hüquqi qüvvəyə malik deyil. Azərbaycana qarşı konkret sanksiyalar təklif ediblərmi? Bir neçə gün əvvəl Avropa Parlamenti daha irəli gedərək, Avropa Birliyinə Azərbaycana sanksiyalar tətbiq etməyi tövsiyə etdi. AB Azərbaycana qarşı sanksiyalar tətbiq etdimi? Təbii ki, yox! Üstəlik, AB liderləri bəyan etməkdə davam edirlər ki, Azərbaycana sanksiyalar tətbiq etmək planları yoxdur”, - o qeyd edib.
Zöhrabyan bildirib ki, bu müraciətlər adi kağız tullantılarıdır, zibildir:
"AB Azərbaycanla qaz müqavilələrinə xitam verməyəcəyindən, hansısa sanksiyaya əl atmayacağından əminəm. Bu sənədlərin heç bir hüquqi nəticəsi yoxdur”.
Zöhrabyan həmçinin bildirib ki, Avropa Ermənistanda insan haqlarının pozulmasına da göz yumur:
"Buradakı görüşlərim zamanı, məsələn, Armen Aşotyanın siyasi məhbus olduğunu etiraf etməyən yox idi, amma Ermənistanla bağlı həmməruzəçilərin niyə bunu qeyd etmədiyini soruşanda, cavab ancaq budur: çünki hazırda bölgədən Rusiyanı təmizləmək üçün Avropaya ən təsirli vasitəsi kimi Nikol Paşinyan lazımdır. Ona görə də Nikol Ermənistanda nə edirsə etsin, bütün medianı məhv etsin, bütün rəqiblərini həbs etsin, lap meydanlara gilyotinlər qoyub, hamının başını kəssin, Qərb bütün bunlara açıq gözlə baxacaq və buna "demokratiya" deyəcək”.