AŞPA prezidentinin Rusiyaya səfəri ləğv olunub
Noyabr 16
13:41
2020
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Hendrik Damsın Rusiyaya səfəri ləğv olunub.
APA-nın Moskva müxbirinin Rusiya Federasiya Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya Federasiya Şurasının sədri Valentina Metviyenko və AŞPA prezidenti Hendrik Damsın bu günə planlaşdırılan görüşü də ləğv edilib.
Federasiya Şurasından görüşün ləğv olunmasının səbəbi açıqlanmayıb.
AŞPA-dakı mənbənin "RİA Novosti”yə verdiyi məlumata görə, Hendrik Damsın Rusiyaya səfərinin ləğv olunmasına səbəb kimi onun COVID-19-lu xəstə ilə təmasda olması göstərilib.