Assambleyanın Azərbaycanla bağlı qərarına təəssüf edirəm" - AŞPA-nın Ukraynadan olan üzvü
Yanvar 27
22:22
2024
"Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı belə qərar qəbul etməsinə çox təəssüflənirəm".
"Əminəm ki, bu məsələni daha ətraflı nəzərdən keçirsək, başqa nəticə verə bilər. Rusiya və Azərbaycanla olan vəziyyəti müqayisə ediləsi deyil. Axı Azərbaycan ərazisi işğaldan azad edilib. Rusiya isə Ukraynaya hücum edib. Ümid edirəm ki, tezliklə Azərbaycan Strasburqa haqq etdiyi işinə qayıdacaq. Ukrayna, vətəndaşlarımıza dəstəyinə və hərbçilərin reabilitasiyası ilə bağlı köməyə görə Azərbaycana minnətdardır. Avropa Azərbaycanın hunanist bir ölkə olduğunu görməlidir", - Y.Kamelçuk əlavə edib.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim Xalqın xidmətçisi partiyasından deputatı, AŞPA üzvü Yuri Kamelçuk bildirib.