SON XƏBƏR

Assancın ABŞ-a ekstradisiyası barədə qərar verildi - 175 ilə qədər həbs cəzası gözləyir

İyun 17
14:43 2022
Böyük Britaniya daxili işlər naziri "WikiLeaks”in yaradıcısı, jurnalist Culian Assancın ABŞ-a ekstradisiyası barədə qərar verib.

APA "Reuters"ə istinadən xəbər verir ki, onu ABŞ-da 175 ilə qədər həbs cəzası gözləyir.

"WikiLeaks” nazir Priti Patelin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Əgər apellyasiya şikayəti də qərarı qüvvədə saxlasa, Assanc 28 gün ərzində ABŞ-a ekstradisiya olunacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook