Astanada "Böyük Çöl" Birinci Sosial Elmlər forumu
May 24
12:36
2016
Türkdilli ölkələrin müstəqillliyinin
bərpa olunmasın 25 illiyinə və Türk yazısı gününə həsr olunmuş "Böyük Çöl" Birinci Sosial
Elmlər forumu öz işinə başladı. Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstanın Astana şəhərində keçirilən forumda Qazaxıstan
Respublikasının Dövlət katibi Gülşara Abdıkalikova, Türkiyə
Elmlər Akademiyasının prezidenti Ahmed Cavad Acar, Türkiyənin UNESKO üzrə Milli
Komissiyasının sədri Ocal Oğuz və eləcə də, dünyanın 20 ölkəsindən dəvət olunmuş türkoloqlar,
iqtisadçılar, alimlər və siyasi-ictimai xadimlər iştirak edirdilər.
Tədbirdə Azərbaycanı Milli Məclisin
deputatları AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli
və Fəlsəfə
doktoru Cavanşir Feyziyev, Azərbaycan İqtisad
Universitetinin rektoru, professor Ədalət Muradov, AEMA-nın müxbir üzvü Möhsün Nağısoy, Azərbaycan
Respublikasının Qazaxıstandakı səfiri Rəşad Məmmədov təmsil edirdi.
Qonaqlara əvvəlcə Beynəlxalq Türk akademiyasının təşkil etdiyi kitab sərgisi təqdim olundu.
Akademiyanın çap etdiyi 50-dən çox
kitabların sırasında Azərbaycan MM-nin
deputatı Cavanşir Feyziyevin qazax dilində nəşr olunmuş "Türk Dövlətləri Birliyi: Qlobal
inteqrasiyanın Avrasiya modeli" adlı kitabı forum iştirakçılarının geniş marağına
səbəb oldu.
Türk dünyasına tövhələr vermiş, xalqlar
arasında humanitar əlaqələrin möhkəmləndirilməsində önəmli rol oynayan görkəmli qazax yazıçısı
Oljas Süleymenova, Özbəkistan Elmlər Akademiyasının akademiki Əhmədalı
Əsgərova, Türk Şurasının
Ağsaqqallar şurasının sədri Adil
Axmetova, Moskva Dövlət Universitetinin
Afrika və Asiya ölkələri İnstitutunun
professoru Dmitriy Mixayloviç
Vasiliyevə TWESCO-nun Qızıl medalı
təqdim olundu. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Rəşad
Məmmədov Oljas Süleymenovun 80 illik yubileyi münasibəti ilə Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin imzaladığı təbrik məktubunu və Fəxri Diplomu yazıçıya təqdim etdi.
Türk
dövlətlərinin Müstəqilliyinin 25 illiyi, İlk Bakı Türkoloji Qurultayıının keçirilməsinin 90 illiyi və eləcə
də türk dünyasının əfsanəvi sufi
alimi Xoca Əhməd Yassəvinin dünyadan köçməsinin 850 illiyi və Əhməd Balasaqunun 1000 illiyinə həsr olunmuş panel müzakirələrində Amerika,
Almaniya, Yaponiya, Çin, Cənubi Koreya, Türkiyə, MDB ölkələri və Böyük Britaniyadan gəlmiş 200-dən çox alim və türk dünyasının
tədqiqatçıları iştirak edirdi. İlk panel iclasında çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev
müasir dünyamızda gedən qloballaşma proseslərində türkdilli ölkələr qarşısında
dayanan əsas problem və vəzifələrdən danışdı. Millət vəkili müasir dövrün
çağırışlarına adekvat cavab verə bilmək üçün türkdilli ölkələr arasında inteqrasiya
proseslərinin gücləndirilməsi zərurətini önə çəkdi və yeni şəraitdə türkdilli ölkələr qarşısında dayanan
problemlərin həlli üçün çıxış yolu ola biləcək tezislərini də Forum
iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan
İqtisad Universitetinin rektoru, Türk dünyası İqtisadçılar Birliyinin
sədri Ədalət Muradov
məruzəsində Türk Dövlətləri Birliyi modelində türkdilli
ölkələrin iqtisadi potensialının öyrənilməsi və bu ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini
vurğuladı.
AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili İsa Həbibbəylinin moderatorluq etdiyi panel müzakirələrində
tanınmış türkoloqların həyat və fəaliyyəti, onların dilçilk sistemində
yaratdıqları məktəb və əsərlər haqqında verdiyi məlumatlar Forum
iştirakçılarının marağına səbəb oldu. AMEA-nın
müxbir üzvü, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy ortaq türk dili problemlərinə həsr olunmuş məruzə ilə
çıxış etdi. Panellər arası fasilələrdə
Azərbaycandan olan millət vəkilləri və türkoloq alimlər dünyanın bir çox
ölkələrindən gəlmiş elm adamları ilə ikitərəfli görüşlər də keçirdilər.
Forum
işini davam etdirir.
Qlobal.az