Ata, Maştağada məni döyürlər – Psixiatriya xəstəxanasında dəhşət (VİDEO)
May 30
10:20
2023
Psixiatriya xəstəxanasında xəstələrin döyüldüyü iddia edilib.
Daha ətraflı Baku TV-nin süjetində:
Belə ki, şizofreniya xəstəsi olan Qərib Kərimovun valideynləri oğullarının 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında döyülməsindən, xüsusi ilə qulağının qırılmasından şikayətçidirlər.
Valideynlər bildiriblər ki, Q.Kərimov 25 gün psixiatriya xəstəxanasında qaldıqdan sonra həkimlər onlara deyiblər ki, bizdə lor həkimi yoxdur və burada xəstənin qulağını müalicə edə bilmərik.