SON XƏBƏR

"Atambayev məcburi qaydada saxlanılıb” – Qırğızıstan DİN

Avqust 09
01:35 2019
Qırğızıstanın Daxili İşlər Nazirliyi sabiq prezident Almazbek Atambayevin saxlanılması barədə rəsmi açıqlama yayıb.

APA "Interfax”a istinadla xəbər verir ki, açıqlamada Atambayevin "məcburi qaydada” saxlanıldığı bildirilib.

Məlumata görə, sabiq prezidentin saxlanılması əməliyyatı itkisiz ötüşüb.

"Milis əməkdaşları Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi ilə birgə keçirdikləri əməliyyat zamanı Atambayev məcburi qaydada saxlanılıb. O, sonrakı tədbirlərin icrası üçün aidiyyəti orqana təhvil veriləcək”, – açıqlamada belə deyilir.

Qeyd edək ki, xüsusi əməliyyata Qırğızıstanın daxili işlər naziri Kaşkar Cunuşaliyev rəhbərlik edib. Atambayev DİN rəhbərliyi ilə aparılmış danışıqlardan sonra hüquq-mühafizə orqanlarına təslim olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook