SON XƏBƏR

“Çatan 4-5 min manat pul verib, pensiyaya çıxır” - FOTO, VİDEO

May 18
08:37 2023
Cəlilabad rayon sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının saytımızda açıqlanmamasını xahiş edən sakinlər Cəlilabad Mərkəzi Xəstəxanasında özbaşınalığın son həddə olduğunu deyirlər.

Şikayətçilər rayon xəstəxasında olan haqsızlıqlarla bağlı bir çox kanallarda müsahibələr dərc olunsa da, heç bir nəticə olmadığını bildirirlər.

"Bu xəstəxanada baş verən özbaşınalıqları saymaqla bitmir. Xəstəxananın şəraiti bərbad vəziyyətdədir. Xəstəxanada qızdırıcı sistem, kondisioner yoxdur. Bunlar bir yana, heç dərman, həkim də yoxdur.

Ağ ciyər xəstəsi 4-5 min manat pul verib, pensiyaya çıxır. Xəstəxananın baş həkimi Elnur Azadxanov rayonda "at oynadır”. Saxta sənədlər alan sakinlərin işlərini nazirliyə də göndərmişik. Bu xəstəxanaya baxış keçirilsə, aydın görünər ki, bura xəstəxanadan çox, rüşvət yuvasıdır”.
 
Şikayətçilərin redaksiyamıza göndərdiyi fotoları və video müraciəti olduğu kimi oxuculara təqdim edirik:
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook