ATƏT Ukraynanı tərk edir
Mart 07
11:17
2022
ATƏT-in Xüsusi Monitorinq Missiyası Ukraynada fəaliyyətini başa çatdırır.
"Report” xəbər verir ki, bu barədə Xüsusi Monitorinq Missiyasının hesabatında deyilir.
Bundan əvvəl missiyanın bütün beynəlxalq üzvləri artıq ölkədən gediblər.
"Əvvəllər Kramatorsk və Severodonetskdə yerləşən missiyanın yerli üzvlərinin yerdəyişməsi davam edir, əvvəllər Mariupolda yerləşdirilənlərin yerdəyişməsi təhlükəsizlik baxımından təxirə salınıb. Missiyanın yerli üzvlərinin daha bir karvanı Kiyevdən hərəkətə başlayıb”, - xəbərdə deyilir.