Auditorlar Palatası bu şirkətləri bazardan kənarlaşdırdı
Fevral 15
11:47
2022
Auditorlar Palatası üzvlük haqqını ödəmədiyinə görə 3 auditor təşkilatının fəaliyyətini dayandırıb.
Bunlar "ASON Audit”, "EON Audit” və "PREMİUM Audit" MMC-lərdir.
"Auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sistemdə şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar audit sifarişçilərinin mənafelərinin qorunması məqsədilə onların risk qrupunda olmaları nəzərinizə çatdırılır", - deyə Palata bəyan edib.
Qlobal.az