SON XƏBƏR

Avarçəkənlərimizin “Rio-2016”nın yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşdi

Avqust 09
01:28 2016
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr  Aleksandrov - Boris Yotov cütlüyünün yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşib. Son vəsiqələrin taleyinə bu gün keçirilmiş təsəlliverici yürüşdən sonra aydınlıq gəlib. Böyük britaniyalı Conatan Uolton - Con Kollinz, bolqarıstanlı Georgi Bojilov - Kristian  Vasilev və serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç cütlükləri ilk üç yerin sahibi kimi yarımfinala adlayıblar.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının məlumatına görə, A.Aleksandrov – B.Yotov duetinin rəqiblərindən biri məhz serbiyalı cütlük olacaq. Digər rəqiblər isə Azərbaycan təmsilçilərinin seçmə yürüşdə üstələdiyi italiyalı Françesko Fossi - Romano Battisti, eləcə də litvalı Mindauqas Qrişkonis - Saulius Ritter, fransalı Uqo Buşeron - Matyö Androdias və almaniyalı Marsel Hakker - Ştefan Krüger duetləri olacaq.
 
Avqustun 9-da Bakı vaxtı ilə saat 17:40-da başlanacaq yürüşün yekununda ilk üçlüyə düşənlər finala yüksələcəklər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook