“AVİAREPS” Azərbaycan və Gürcüstan bazarlarında satış agenti təyin olunub
Mart 30
19:12
2017
Turizm, aviasiya və ticarət təşviqi sahələrində nümayəndə xidmətləri üzrə beynəlxalq lider olan "AVİAREPS” şirkəti Sinqapur Hava Yollarının Azərbaycan və Gürcüstan bazarlarında satış agenti təyin edilib.
Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki satış, marketinq və rezervasiya fəaliyyəti göstərən şirkət aprelin 1-dən etibarən Sinqapur Hava Yollarının sözügedən ölkələrdə satış şəbəkəsinin genişlənməsi istiqamətində fəaliyyət göstərəcək.
"AVİAREPS”in icraçı direktoru Edgar Lacker deyib: "Azərbaycan dinamik inkişaf edən ölkə olaraq, uzun müddətdir ki, bizim beynəlxalq müştərilərin nəzərindədir. Yeni açılmış ofisimiz və peşəkar komandamızla Azərbaycanın və Gürcüstanın işgüzar bazarının iştirakçısı olmaq bizi çox fərəhləndirir”.