SON XƏBƏR

“Avirtel” “Aztelekom”dan 5 milyon və müştərilərini tələb edir

Dekabr 18
23:58 2019
Şirkətlər arasında 10 milyonluq müştəri davası gedir

"Avirtel” MMC – internet provayderi "Aztelekom” MMC-ni məhkəməyə verib. Şirkət rəhbərliyi iddia edir ki, "Aztelekom” onun 10 min müştərisini qanunsuz ələ keçirib. Bununla da 5 milyon manat maddi ziyan vurub.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunan iddia ərizəsində "Aztelekom”dan 5 milyon manat pul və 10 milyon müştərinin yenidən "Avirtel” şəbəkəsinə qaytarılması tələb olunur.

Dekabrın 18-də hakim Fərid Mədətlinin sədrliyilə bu məsələyə baxılıb. Hakim iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə qərardad çıxarıb.

Qərardadda yazılıb ki, iddiaçı ərizəsinin surətini, əlavə sənədləri cavabdeh tərəfə də təqdim etməliydi. Lakin cavabdehə bunların təqdim edilib-edilməməsi barədə heç bir məlumat yoxdur. Belə olan halda, məhkəmə iddiaya baxa bilməz.

"Aztelekom” MMC "Avirtel”in müştərilərini qanunsuz ələ keçirməsi barədə iddianı əsassız sayır. Şirkətdən bildirilib ki, əgər hansısa müştəri istifadə etdiyi provayderi dəyişirsə, bu, onun könüllü seçimidir: "Vətəndaşın istədiyi xidməti seçmək hüququ var”.

Meydan.tv



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook