SON XƏBƏR

AVRO-2017: Azərbaycan millisi Rusiya ilə qarşılaşacaq

Mart 24
09:49 2016
Bu gün 21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsinin VII qrupunda növbəti oyunlar keçiriləcək.
 
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Rusiya ilə qarşılaşacaq.
 
Bu, millimiz üçün yeni ildə ilk qarşılaşma olacaq. Qrupdakı 8-ci matçına çıxacaq millimiz üçün evdə əldə etdiyi 3:0 hesablı qələbənin təsadüf olmadığını sübut etmək şansı var. Ancaq bu, çox çətin olacaq. Bakıdakı gözlənilməz darmadağının əvəzini çıxmaq üçün "alışıb-yanan” şimal qonşularımızı üstəlik meydana yeni baş məşqçi çıxaracaq. Məhz Azərbaycanla oyundan sonra vəzifəsinə son verilən Dmitri Xomuxanı əvəzləyən Nikolay Pisarev sələfini unutdurmaq üçün əla imkan əldə edib.Seçmə mərhələdə, VII qrupda hamıdan çox 7 matç oynamış millimizim aktivində 6 xal var ki, səfərdə qazanılan mümkün qələbə ilə bir pillə önümüzdə qərarlaşmış Finlandiyaya çata bilərik.
 
Qeyd edək ki, qrupumuzda keçiriləcək digər oyunda Almaniya və Farer adaları milliləri üz-üzə gələcək.
 
21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsi
 
VII qrup
24 mart
 
20:30. Rusiya - Azərbaycan
 
Baş hakim: Tomaş Musial
Rostov. "Olimp-2” stadionu
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook