SON XƏBƏR

Avrokomissiya Ukraynaya 12,5 milyon avro ayıracaq – Səbəb

İyun 19
11:30 2020
Avropa Komissiyası Ukraynada vətəndaş cəmiyyətini gücləndirmək üçün 12,5 milyon avroya qədər yardım ayırmaq niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə RT tenderə istinadən yazır.

"Bu layihələr müsabiqəsinin qlobal məqsədi Ukraynada idarəetmə, insan hüquqları və mədəni inkişaf sahəsində vəziyyətin yaxşılaşdırılması üçün vətəndaş cəmiyyətinin (mədəniyyət sahəsində çalışan təşkilatlar da daxil olmaqla) rolunu və imkanlarını stimullaşdırmaqdır", - sənəddə deyilir.

Müsabiqəli seçimdən keçmiş şəxslərin işləri bir neçə sahəyə bölünəcək. Beləliklə, Ukraynada Avropa İnkişaf Kursu çərçivəsində davamlı inkişaf və "təkmilləşdirilmiş ekoloji idarəetmə" modelini təbliğ etmək, müstəqil medianın təsirini və davamlılığını artırmaq, jurnalist araşdırmaları aparmaq və dövlət idarəetmə islahatları prinsiplərini təbliğ etmək nəzərdə tutulur.

Ukraynada yaradılan qeyri-kommersiya təşkilatları və vətəndaş cəmiyyəti təşkilatları müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook