Avropa Birliyi Ermənistana 9 milyon avro ayıracaq
Dekabr 17
15:34
2020
Avropa Birliyi ədliyyə sahəsində islahatlar üçün Ermənistana 9 milyon avro ayıracaq. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan ədliyyə naziri Rüstəm Badasyan rəsmi Facebook səhifəsində məlumat verib.
Bu məbləğin 30 milyonluq proqramın ilk tranşı olduğu qeyd olunur.
"Məhkəmə, hüquq və korrupsiyaya qarşı islahatların həyata keçirilməsi hökumətimizin işinin prioritet sahələrindən biri olaraq qalır və məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu il ciddi irəliləyiş əldə etdik", - nazir deyib və dəstəyə görə avropalı tərəfdaşlara təşəkkür edib.
Qeyd edək ki, Avropa Birliyi bir neçə ildir Ermənistanda məhkəmə və hüquq islahatlarını maliyyələşdirir. İlk islahatlardan birinə görə məhkəmələr əsaslı təmir edilib. Bundan əlavə, Ermənistanda Datalex məhkəmə işlərinin açıq elektron reyestri tətbiq edilib.