Avropa Birliyi təcili sammit çağırdı
Oktyabr 22
11:05
2020
Avropa Birliyi AB-nin dövlət və hökumət başçılarının təcili sammitini çağırıb.
Qlobal.az xəbər verir ki, Avropa Şurasının rəhbəri Şarl Mişelin bildirdiyinə görə, iclas koronavirus pandemiyası ilə əlaqədar keçiriləcək və yalnız infeksiya ilə mübarizə metodlarına həsr ediləcək.
"COVID-19 ilə mübarizədə kollektiv səyləri gücləndirmək lazımdır", - Mişel deyib.
Qeyd edək ki, bu, AB-nin bu ay üçüncü zirvəsidir. Zirvə onlayn keçiriləcək.
Əlavə edək ki, son həftələrdə AB ölkələrində koronavirus halları ilə əlaqədar vəziyyət kəskin şəkildə pisləşib. İspaniyada yoluxmuş insanların sayı 1 milyonu keçib.
Ümumilikdə, Avropada demək olar 8 milyon insan yoluxub.