SON XƏBƏR

Avropa çempionuna vəzifə verildi

Fevral 03
13:23 2022
Azərbaycan Həndbol Federasiyasının (AHF) rəhbər heyəti müəyyənləşib.

Bu, AHF-nin ümumi yığıncağında bəlli olub.

Orxan Abbasov yenidən vitse-prezident seçilib. Həmçinin, 1976-cı ildə Kanadanın Monreal şəhərində SSRİ yığması ilə Olimpiya çempionu, qadın millimizin sabiq baş məşqçisi Rəfiqə Şabanova da bu posta layiq bilinib. O da federasiyanın vitse-prezidenti olub.

İdarə Heyətinə isə İsgəndər Əsgərov, Ernest Ağakişi, Vaqif Əliyev, Ələkbər Ağakişiyev, Lyudmila Şubina və Vidadi Əliyev üzv kimi daxil olub.

Həndbolçuların narazı olduğu federasiyanın baş katibi Yusif Atakişiyevin təyinatı isə daxili iclasda müəyyənləşəcək.

Qeyd edək ki, 2016-cı ildən AHF-yə rəhbərlik edən Saleh Məmmədov bu gün yenidən prezident seçilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook