SON XƏBƏR

Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançılar - SİYAHI

İyul 20
11:42 2019
İyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) start götürəcək.

"Report”un məlumatına görə, Azərbaycan millisi festivalda 122 idmançı ilə təmsil olunacaq. Ölkəni atletika və güləş növlərinin hər birində 18, cüdoda 12, üzgüçülük və velosiped idmanının hər birində 6, idman gimnastikası ilə tennisin hər birində 4 nəfər təmsil edəcək. Həndbol üzrə oğlan və qızlardan ibarət yığma komandalarda 30, oğlanlardan ibarət basketbol və voleybol millilərinin hər birində isə 12 nəfər yer alıb.

14 – 18 yaşlı idmançıların mübarizə aparacağı EYOF-da Azərbaycan komandasının bayraqdarı cüdoçu Vüqar Talıbov olacaq.

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan idmançılarının siyahısı:

Atletika (18): Əli Abdiyev, Aydın Bədəlov, Aleksey Əliəkbərov, Çingiz İsrafilov, Vahid Kərimov, Məmmədağa Məmmədov, Əlhəm Nağıyev, Yusif Nəzərov, Teymur Salahzadə, Günel Hüseynova, Ləman Hüseynova, Günel Manafova, Nika Məmmədova, Bibixanım Qəmbərova, Ayana Seyuşeva, Fərxiyyə Tağızadə, Lamiyə Vəliyeva, Sabrina Zralova

Basketbol, oğlanlar (12): Simar Bəkirov, Fikrət Ələkbərov, Ufuk Tan Ertan, Yiğit Eryörük, Azər Əzimov, Səid İsmayılov, Ziya Berkay Kel, Shabani Mahdi, Rüstəm Mürvətov, Georgi Phurtskhvanidze, Berya Taşer, Ulaş Can Turğut

Cüdo (12): Gülşən Bəşirova (44 kq), Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (57 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55kq), Turan Bayramov (60kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov (73 kq), Məhərrəm İmamverdiyev (81kq), Ruslan Nəsirli (90kq), Huseyn Məmmədovdur (90+)

Sərbəst güləş (6): Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq), Cəbrayıl Hacıyev (65 kq)

Yunan-Roma (6): Fərid Sadıxlı (45 kq), Qurbanov Qurban (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq)

Qadın güləşi (6): Gültəkin Şirinova (46 kq), Lalə Mirzəyeva (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq), Nigar Mirzəzadə (65 kq)

Həndbol, oğlanlar (15): Kamran Adıgözəlov, Sadiq Arixov, Röyal Əliyev, Elşən Həsənov, Ramil Hüseynov, Yunus İsayev, Ruslan İsmayılov, Məhərrəm Məmmədli, Raul Muradov, Amit Qanqvani, Elkin Quliyev, Rəhim Rəhimli, Malik Şəfiyev, Emil Sərxanov, Fəda Yusifov

Həndbol, qızlar (15): Günel Abdullayeva, Nigar Ağayeva, Elina Babayeva, Kamilə Bayramova, Mehparə Əliyeva, Emiliya Eyvazova, Leyla İbrahimova, Məryəm Məmmədxanova, Mariya Molyavskaya, Anastasiya Obuxova, Nigar Quliyeva, İnarə Rzayeva, Dinara Süleymanova, Aleksandra Teryayeva, Leyla Yahyayeva

İdman gimnastikası (4): Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov, Milana Minakovskaya

Tennis (4): Tamerlan Əzizov, Kənan Qasımov, Polina Drobişeva, Alina Hüseynova

Üzgüçülük (6): Rəşad Alquliyev, Elyar Cahangirbəyov, Maksim Petrenko, Ramil Vəlizadə, Aysel Səfərova, Məryəm Şeyxəlizadəxanghah

Velosiped idmanı (6): Mustafa Muxtarlı, Nofəl Nuriyev, Nikita Sitova, Məleykə İskəndərova, Gülşən İsmayılova, Viktoriya Sidorenko

Voleybol, oğlanlar (12): Amirmahdi Ablou, Emil Aşumov, Ruslan Əliyev, Emin Əmirxanlı, Roman Qurski, Uğur İbrahimov, Nazloo Farzin Cəfəri, Georgi Konstantinov, Mərdəan Məmmədova, İqor Nikulenko, Mirəşrəf Rzazadə, Mais Verizadə

Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb, 27-də yekunlaşacaq. Azərbaycan paytaxtına 3900 nəfər idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü – idman gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook