SON XƏBƏR

Avropa İttifaqı Lənkərana 13,5 milyon avro ayırıb

Avqust 03
11:25 2017
Avropa İttifaqı Azərbaycanın Lənkəran rayonunun inkişafı üçün 13,5 milyon avro vəsait ayırıb.

APA-nın Aİ-nin saytına istinadən verdiyi məlumata görə, yeni yardım paketinin ayrılmasında məqsəd kənd və regionların inkişafı vasitəsilə ölkənin iqtisadi diversifikasiya siyasətini dəstəkləməkdir.

Bildirilir ki, adambaşına düşən investisiya və gəlirlərə görə Lənkəran ən aşağı səviyyədə olan regionlardan biridir, lakin eyni zamanda, bu regionun bağçılıq sahəsində böyük potensialı var. Qeyd olunur ki, proqramın məqsədi regionun rəqabətədavamlılığını artırmaq, meyvə-tərəvəz sahəsində dayanıqlı inkişafını təmin etməkdir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook