Avropa İttifaqı ölkələri ruslara Şengen vizasını verilməsini dayandıra bilər
Avqust 13
08:10
2022
Avropa İttifaqına (Aİ) sədrlik edən Çexiya avqustun sonunda Aİ ölkələrinə ruslara Şengen vizalarına qadağa qoyulmasına baxmağı təklif edəcək.
"Report” xəbər verir ki, bu barədə "Inquirer” məlumat yayıb.
Çexiyanın xarici işlər naziri Yan Lipavskinin sözlərinə görə, müvafiq qadağa Rusiyaya qarşı daha bir təsirli sanksiya ola bilər.
O, bu ideyanı Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin avqustun sonunda Praqada keçiriləcək qeyri-rəsmi görüşündə təklif edəcəyini bildirib.