Avropa İttifaqı ölkələrinin Gürcüstandakı səfirləri bəyanat yayıblar
İyun 29
05:28
2019
Avropa İttifaqına üzv ölkələrin Gürcüstandakı səfirləri ölkədə baş verən son hadisələrlə bağlı xüsusi bəyanat yayıblar.
Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, səfirlər son günlər Gürcüstanda baş verənlərdən narahatlıqlarını bildirib, tərəfləri dialoqa və kompromisə çağırıblar. Bəyanatda deyilir: "İyunun 20-də Tbilisidə aksiya zamanı həddindən çox güc tətbiqi və polisin reaksiyasına səbəb olan zorakılıq hərəkətlərinə təhrikçiliklə bağlı şəffaf, tez və effektiv araşdırma aparılmalıdır”.