SON XƏBƏR

Avropa İttifaqı Rusiya aviaşirkətini “qara siyahı”ya saldı

Noyabr 27
14:50 2021
İlk Rusiya aviaşirkəti Aİ-nin "qara siyahısı”na daxil edilib. "Skol” aviadaşıyıcısının Aİ-də fəaliyyəti qadağan edilib. 
 
Qaynarinfo xəbər verir ki, müvafiq sənəd Avropa Komissiyasının saytında dərc olunub.
 
Qeyd olunur ki, avropalı ekspertlər şirkətin beynəlxalq standartlara uyğunluq qabiliyyətini şübhə altına alıblar.

Şirkətin ümumilikdə 53 təyyarəsi var, onlardan 44-ü helikopterdir. Daşıyıcı Krasnoyarskda yerləşir. Beş il əvvəl Federal Hava Nəqliyyatı Agentliyin 35 təyyarəsini şirkətin operator sertifikatından çıxarıb. Səbəb isə ödənilməmiş icarə borcu olub. Daha sonra aviadaşıyıcı Nəqliyyat Nazirliyindən proses Arbitraj Məhkəməsində olarkən məhdudiyyətin aradan qaldırılmasını xahiş edib.

Şirkət kommersiya daşımalarında ixtisaslaşıb. Bu, həm yüklərin, həm də sərnişinlərin daşınmasıdır. O cümlədən təcili yardım xidmətləri var. Hazırda "Skol” 97 Rusiya aviaşirkəti arasında Aİ sanksiyalarına məruz qalan yeganə Rusiya aviaşirkətidir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook