Avropa İttifaqı Yunanıstanda turizmin bərpasına 310 milyon avro ayıracaq
May 06
07:04
2021
Avropa İttifaqı Yunanıstanda pandemiyadan sonra turizmin bərpasına 310 milyon avro ayıracaq.
AZƏRTAC xəbər verir ki, ölkənin turizm naziri Xaris Teoxaris vəsaitin İttifaqın Yardım Fondundan ayrılacağını bildirib. Bu məbləğdən 260 milyon avro rəqabətliliyin artırılması layihələrinə, 50 milyon avro isə turizm sahəsinin mütəxəssislərinə və xidmət sektoruna ayrılacaq.