Avropa Komissiyasının rəhbəri: Ukrayna Avropa Birliyinə üzv olacaq
Fevral 28
10:26
2022
Ukrayna Avropa Birliyinə daxil olmalıdır.
"Report” xəbər verir ki, bunu "Euronews” telekanalına müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
Müxbirin Avropanın hər yerində on minlərlə insanın küçələrə çıxaraq Ukraynanın Avropa Birliyinə qəbul olunmasını tələb edərək ona dəstək ifadə etməsinə Aİ-nin necə reaksiya verməsi ilə bağlı sualına fon der Leyen belə deyib:
"Ukrayna bizim tam həmrəyliyimizi istəyir və bunu görəcək. Ukrayna artıq bəzi proseslərə daxildir, məsələn, Ukrayna bazarının vahid bazara inteqrasiyası. Biz digər sahələrdə, məsələn, enerji və digər sahələrdə sıx əməkdaşlıq edirik. Zamanla Ukrayna da bizə qoşulacaq, bu ölkə bizim ailəmizin bir hissəsidir, bizdən biridir və biz onu Avropa Birliyində görmək istəyirik”.