Avropa Liqasının qalibi “Sevilya” oldu
May 19
07:06
2016
UEFA Avropa Liqasında final matçı yekunlaşıb. Modern.az saytı xəbər verir ki, final oyununda "Liverpul”u məğlub edən "Sevilya” Avropanın ikinci dərəcəli klub turnirində sevinən tərəf olub.
Son 10 ildə 5-ci dəfə finala yüksələn Əndəlüslülər çətin sınaqdan bu dəfə də üzüağ çıxıblar. Unay Emerinin yetirmələri hesabda geri düşsələr də, əsl xarakter göstərərək ardıcıl 3-cü, ümumilikdə isə 5-ci dəfə əsas mükafata yiyələniblər. Hesabı Staricin vurduğu baxımlı qolla ispanlar açıblar. İlk hissə mersisaydlıların minimal hesablı üstünlüyü ilə başa çatıb. İkinci yarı başlayan kimi Qameyro status-kvonu bərpa edib. Bu komanda üçün inam mənbəyi olub.
Daha sonra kapitan Kokenin iki qolu artıq qalibiyyətə şübhə yeri qoymayıb: "Sevilya" - "Liverpul" - 3:1
Qeyd edək ki, ispan klubu Avroliqanın qalibi olmaqla yanaşı gələn mövsüm üçün Çempionlar Liqasında mübarizə aparmağa da haqq qazanıb. "Liverpul” isə
Avrokuboklarda çıxış etmək üçün əlinə düşən son şansdan da yararlana bilməyib.
Qlobal.az