SON XƏBƏR

Avropa Mərkəzi Bankının saytına kiberhücum olub

Avqust 16
09:42 2019
Naməlum şəxslər Avropa Mərkəzi Bankının veb saytına kiberhücum həyata keçirib.

Bu barədə "Trend" məlumat  verib.

Məlumata görə, hücum nəticəsində elektron ünvanlar, adlar və istifadəçilərin vəzifələri haqqında məlumatlar oğurlanıb.

Bankdan bildirilib ki, ümumilikdə hücuma 481 abunəçi məruz qalıb. Hakerlər parolları oğurlaya bilməyiblər.

Naməlum şəxslərin daxil olması texniki işlər zamanı aşkar olunub.
 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook