Avropa Parlamenti Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinə çağırıb
İyun 09
06:39
2022
Avropa Parlamentinin üzvləri Ukraynaya dəstəyi gücləndirməyə və onun Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunu təmin etməyə çağırıblar.
"Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici və müdafiə siyasətinin dəyişdirilməsi ilə bağlı Avropa Parlamentinin plenar iclasında qəbul edilmiş qətnamədə deyilir.
Sənəddə qeyd edilir ki, Ukrayna xalqı ilə həmrəyliyin siyasi əlaməti kimi bu ölkəyə namizəd statusu verilməlidir.