SON XƏBƏR

Avropa Parlamentində növbəti rüşvət qalmaqalı yaşanır

May 30
13:52 2024
Avropa Parlamentində növbəti rüşvət qalmaqalı yaşanır.

APA xəbər verir ki, Belçika polisi Avropa Parlamentinin ofisində "Russiagate” işi ilə bağlı axtarış aparır.

Avropa Parlamentinin deputatlarına Rusiya təbliğatının "Avropanın səsi” saytı vasitəsilə irəlilədilməsinə görə rüşvət verildiyi hesab edilir.
"Avropa Parlamentinin müvafiq əməkdaşının bunda mühüm rol oynadığına dair əlamətlər var”, - deyə Belçika hüquq-mühafizə orqanları bildirib.

Avropa Parlamentinin sözçüsü davam edən təhqiqatla bağlı şərh verməkdən imtina edib.

Xatırladaq ki, Avropa Parlamentində rüşvət və korrupsiya skandalları artıq adət halını alıb.
 

2022-ci ildə Avropa Parlamentinin vitse-prezidenti, yunan deputat Eva Kayli və daha 3 nəfərin Qətərdən rüşvət almaları faktı məlum olmuşdu.

Bu qalmaqallarda erməni lobbisi, xüsusən Brüsseldə yaşayan erməni iş adamı Kaspar Karapetyanın aktiv rol oynadığı da məlumdur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook