"Avropa qatarı müharibəyə doğru gedir" - Orban
İyun 21
13:45
2024
NATO Ukraynada hərbi missiya təşkil edəcək və Macarıstan bu missiyada təmsil olunmayacaq.
APA xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban "Kossuth" radiosuna müsahibəsində deyib.
Baş nazir qeyd edib ki, "Avropa qatarı müharibəyə doğru gedir".
Macarıstan hökumət başçısı Donald Trampın noyabrda prezident seçilərək Ağ Evə qayıtdığı təqdirdə bu "qatarı dayandıra" biləcəyini vurğulayıb.
"NATO-nun Ukraynada hərbi missiyası olacaq, lakin Macarıstan orada iştirak etməyəcək", - Orban bildirib.
O, ölkəsinin bu ideyanı maliyyə, texniki və ya hərbi personalın köməyi ilə dəstəkləməyəcəyini əlavə edib.
Macarıstan hökumət başçısı Donald Trampın noyabrda prezident seçilərək Ağ Evə qayıtdığı təqdirdə bu "qatarı dayandıra" biləcəyini vurğulayıb.