SON XƏBƏR

Avropa Rusiyanın yeni asılılığına girir – “Financial Times”

İyul 01
15:18 2024
Gübrə istehsalçıları bildirirlər ki, Avropa Rusiyadan ucuz gübrələrlə doludur, bu, fermerlər üçün əlverişlidir, lakin ərzaq təhlükəsizliyini təhdid edir. Artan rəqabət avropalı istehsalçıların biznesdən çıxmasına və ya başqa bazarlara keçməsinə səbəb ola bilər. Belə olan halda Rusiya daha bir mühüm təzyiq rıçağı qazanacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazır.

İyun ayında Baltik gübrə istehsalçısı "Achema”nın əksər hissəsini almaq niyyətini elan edən İsveçrə enerji şirkəti MET Group-un baş direktoru Benjamin Lakatos bildirib ki, ucuz rus qazını itirəndən sonra yerli istehsalçılar üçün Rusiya gübrələri ilə rəqabət aparmaq çətinləşib. Qaz bu cür şirkətlərin xərclərinin 70-80%-ni təşkil edir. 

Eyni zamanda, Rusiya şirkətləri daxili qazdan istifadə etməyə davam edir və hətta çatdırılma nəzərə alınmaqla, qiymət üstünlüyü əldə edirlər. Eurostatın məlumatına görə, azot gübrəsinin ən ucuz forması olan karbamidin Aİ idxalının üçdə biri Rusiyadan gəlir. Üstəlik, 2023-cü ildə idxal rekord səviyyələrə yaxın olub. Gömrük məlumatlarına görə, Rusiya karbamidinin Polşaya idxalı 2021-ci ildə 84 milyon dollarla müqasiyədə 2023-cü ildə təxminən 120 milyon dollara yüksəlib.

"Pat vəziyyəti yaranıb. Güvəndikləri nisbətən ucuz Rusiya qazı tükənib və buna görə də Avropa zavodları mütəmadi olaraq bağlanır, – SovEkon-un direktoru və həmtəsisçisi Andrey Sizov yazır. - İndi Rusiya gübrələrinə fəal tələbat var və kənd təsərrüfatı məhsullarının cari qiymətlərini və fermerlərin son ümumavropa etirazlarını nəzərə alsaq, onların idxalını dayandırmaq asan olmayacaq”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook