SON XƏBƏR

Avropada inflyasiya səviyyəsi rekord həddə çatıb

Aprel 01
14:41 2022
Avrozonanın 19 ölkəsində illik inflyasiya səviyyəsi mart ayında 5,9 faizdən 7,5 faizədək yüksəlib və bu, rəsmi statistikası aparılan müddət üçün rekord rəqəmdir.

"Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika qurumu olan "Eurostat”ın hesabatında bildirilir.

Ötən ilin eyni dövründə illik inflyasiya səıviyyəsi 1,3 faiz olub. Həmçinin mart ayında aylıq inflyasiya 2,5 faiz təşkil edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook