SON XƏBƏR

Avropada qazın qiyməti 60 faiz ucuzlaşıb

Yanvar 22
13:49 2024
Avropada qazın qiymətləri 2022-ci ildəki pik nöqtəsindən 2023-cü ildə təxminən 60% ucuzlaşıb.

"AzPolitika.info" "Bloomberg” agentliyinə istinadla xəbər verir ki, əsasən rekord qaz ehtiyatları və bərpa olunan enerji mənbələri hesabına mavi yanacağın qiyməti ucuzlaşmaqda davam edir.

Agentlik bildirir ki, ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə və bunun nəticəsində Qırmızı dəniz vasitəsilə beynəlxalq tədarüklə bağlı yaranan problemlərə baxmayaraq, Avropada LNG qiymətləri enməkdə davam edir

"Bloomberg” fenomeni rekord qaz ehtiyatları, bərpa olunan enerjiyə geniş sərmayə qoyuluşu və böyük sənaye ölkələrində enerji tələbatını məhdudlaşdıran zəif iqtisadi artımla əlaqələndirir.
Bununla belə, qiymət azalmasının dayanması və Avropa ölkələrinin, eləcə də Yaponiya, ABŞ və Çinin yenidən böhranla üzləşməsi riski var.

Agentlik İsveçrənin MET International tədqiqat şirkətinin LNG ticarəti departamentinin rəhbəri Balint Konzdan sitat gətirir: "Yalnız qiymətlərə baxanda, böhranın bitdiyi görünə bilər. Təchizatın qəfil kəsilməsi və ya soyuq havanın uzun müddət davam etməsi halında, bu istilik mövsümündə yenidən problemlər böyüyə bilər".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook