Avropanın 4 ölkəsinin xarici işlər naziri Ukraynaya səfər edəcək
Fevral 07
04:55
2022
Avstriya, Almaniya, Slovakiya və Çexiyanın xarici işlər nazirləri bu gün Ukraynaya səfər edəcəklər.
"Report” xarici mətbuata istinadən xəbər verir ki, diplomatlar Ukrayna rəhbərliyi ilə görüşməyi, həmçinin Donbasdakı təmas xəttinə baş çəkməyi planlaşdırır.
Almaniyanın xarici işlər naziri Annalena Burbokun səfəri iki gün davam edəcək və ilin əvvəlindən bu günə kimi ikinci səfər olacaq.
Onun Kiyevdə Ukrayna lideri Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşü planlaşdırılır. Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqların əsas mövzuları Normand formatı (Almaniya, Rusiya, Ukrayna, Fransa) çərçivəsində səylərin əlaqələndirilməsi, "Rusiyanı cilovlamaq üçün hərtərəfli paketin” həyata keçirilməsi, ticarət əlaqələrinin inkişafı və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi olacaq.