Avropanın ən yüksək məhkəməsi Abramoviçlə bağlı qərar verdi – Aİ-ə daxil ola bilməz...
Dekabr 20
16:44
2023
Lüksemburqdakı Avropa Məhkəməsi rusiyalı milyarder Roman Abramoviçi Avropa İttifaqının sanksiya siyahısından çıxarmaqdan imtina edib.
"AzPolitika.info” məhkəmənin saytında dərc olunan məlumata istinadla xəbər verir ki, Portuqaliya vətəndaşlığına baxmayaraq, milyarderin ittifaq ölkələrinə giriş qadağası qüvvədə qalıb.
Abramoviç 2022-ci ilin martında sanksiyalara məruz qalıb. Daha sonra Avropa İttifaqı bəyan etdi ki, biznesmenin Vladimir Putinlə uzun müddətdir çox yaxın əlaqələri var, milyarderin Prezidentə imtiyazlı çıxışı olub. Bu da öz növbəsində onun Rusiya hökumətinə faydalı olmağa, habelə öz sərvətini saxlamağa imkan verib. Bundan əlavə, rəsmilər oliqarxın sahibi olduğu "Evraz” metallurgiya holdinqinin Rusiya iqtisadiyyatında mühüm rolunu qeyd ediblər. Məhkəmənin qərarında deyilir ki, Abramoviçin şirkətdəki roluna görə sanksiyaların tətbiqi barədə qərar səhv deyil. Çünki o, bu holdinqin ən böyük səhmdarıdır.
Lüksemburq məhkəməsi Avropa İttifaqının ən yüksək məhkəməsidir və onun qərarlarından şikayət verilə bilməz.
Abramoviç 2022-ci ilin martında sanksiyalara məruz qalıb. Daha sonra Avropa İttifaqı bəyan etdi ki, biznesmenin Vladimir Putinlə uzun müddətdir çox yaxın əlaqələri var, milyarderin Prezidentə imtiyazlı çıxışı olub. Bu da öz növbəsində onun Rusiya hökumətinə faydalı olmağa, habelə öz sərvətini saxlamağa imkan verib. Bundan əlavə, rəsmilər oliqarxın sahibi olduğu "Evraz” metallurgiya holdinqinin Rusiya iqtisadiyyatında mühüm rolunu qeyd ediblər. Məhkəmənin qərarında deyilir ki, Abramoviçin şirkətdəki roluna görə sanksiyaların tətbiqi barədə qərar səhv deyil. Çünki o, bu holdinqin ən böyük səhmdarıdır.
Abramoviç Rusiyanın ən zəngin iş adamlarından biridir. "Forbes” onun ailəsinin sərvətini 9,2 milyard dollar qiymətləndirir. Ona qarşı sanksiyaları Avropa Birliyi ilə yanaşı, Böyük Britaniya, Kanada, İsveçrə, Avstraliya və Ukrayna da tətbiq edib. Lakin o, ABŞ və Yaponiyanın siyahılarına daxil edilməyib.