SON XƏBƏR

Avstraliyada İŞİD-ə qoşulduğu üçün 5 nəfər vətəndaşlıqdan məhrum edilib

Avqust 09
11:56 2018
Avstraliya hökuməti ölkə xaricində İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak etdiklərinə görə "iki pasportlu" 5 nəfəri vətəndaşlıqdan məhrum edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın miqrasiya işləri üzrə naziri Piter Datton bildirib.

Nazir qeyd edib ki, bu insanlar terrorizmlə əlaqə quraraq, Avstraliyanın mənafeyinə qarşı çıxıblar və bu yolla özləri Avstraliya cəmiyyətini tərk etməyin lehinə seçim ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook