Avtomobil yollarına sərf edilən milyardlar: Uzun, incə(?!) bir yol…
Sentyabr 16
10:47
2019
Neft gəlirlərinin sürətli axını başlanandan indiyədək Azərbaycanda ən çox vəsait sərf olunan infrastruktur sahələrindən biri, bəlkə də birincisi avtomobil yollarının tikintisi və təmiridir. 2005-ci ildən indiyədək ölkədə yeni avtomobil yollarının tikintisi, mövcud yolların yenidənqurulması və təmirinə on milyardlarla manat dövlət və kredit vəsaitləri yatırılıb.
Bundan əlavə, agentlik avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının tikintisi, bərpası, təmiri və yenidən qurulması ilə əlaqədar layihələrin həyata keçirilməsi zamanı texniki və müəllif nəzarətini həyata keçirir; körpülərin və digər yol qurğularının texniki sınağını keçirir, avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının texniki pasportunu tərtib edir.
Ölkənin yol təsərrüfatına aid olan bütün yerli subyektlər Agentliyin tabeliyinə verilib. Hər biri ayrıca hüquqi şəxs olan bu subyektlərin (cəmi 103 ədəd) nizamnamə kapitalının həcmi 713 milyon 105 min 315,00 manat təşkil edir. 2017-ci ildə isə nizamnamə kapitalının həcmi 644 milyon 987 min 156,00 manat olub.
Büdcədən alınan 1,4 milyard manat, azalan mənfəət
2018-ci ildə agentliyin işçilərinin orta sayı 13382 nəfər olub. İşçilərə hesablanmış əmək haqqı 59 milyon 600 min 549,73 manat təşkil edib. Bu isə qurum üzrə orta aylıq əmək haqqının 371,1 manat olması deməkdir. Əmək haqqı fonduna həm də yüksək vəzifəli AAYDA rəhbərliyinin, həmçinin 103 yerli stukturun rəhbərlərinin maaşının da daxil edildiyini nəzərə alsaq (maliyyə hesabatında rəhbər heyətin əmək haqqı ayrıca göstərilməyib, halbuki Beynəlxalq Mühasibat Uçotu Standartlarına əsasən bu məlumat hesabata daxil edilməliydi), sıravi işçilərin əmək haqqının daha aşağı olduğu qənaətinə gəlmək mümkündür. 371,1 manat ötən il Azərbaycanda qeydə alınmış orta aylıq nominal əmək haqqından – 544,1 manatdan xeyli aşağı bir məbləğdir. Halbuki yol təsərrüfatı, tikintisi və təmiri ağır fiziki əmək tələb edən sahələrdən biri olmaqla, əməyin dəyərinin daha yüksək qiymətləndirilməsini tələb edir.
Hətta bu aşağı məbləğdə əmək haqqını da AAYDA rəhbərliyi işçilərə vaxtında ödəməyib. Belə ki, 31.12.2018-ci il tarixə işçilərə 4 milyon 353 min 101,06 manat əmək haqqı borcu qeydə alınıb.
Maliyyə hesabatından aydın olur ki, Agentlik 2018-ci ildə əsas fəaliyyət növü olan avtomobil yollarının saxlanılması, tikintisi və təmiri işlərini yerinə yetirib. Bu işləri qurum özü-özü ilə müqavilə bağlayaraq həyata keçirib. Bu müqavilələrin ümumi dəyəri 1 milyard 128 milyon 854 min 747,64 manat təşkil edib.
2017-ci ildə isə qurum 564 milyon 830 min 760,88 manatlıq iş həcmi yerinə yetirib. Bu zaman 77 min 336,40 manat mənfəət əldə olunub. Bu mənfəətdən 20 faiz dərəcəsi ilə 15467,28 manat mənfəət vergisi hesablanıb və Agentliyin sərəncamında 61869,12 manat sərbəst mənfəət qalıb.
Hesabatdan o da aydın olur ki, 2018-ci ildə büdcəsi əvvəlki ildən ikiqat çox olsa da, AAYDA cəmi 17 min 538,69 manat – yəni 4,5 dəfəyə yaxın az mənfəət əldə edib. Bu mənfəətdən 20 faiz dərəcəsi ilə 3507,74 manat mənfəət vergisi hesablanıb və Agentliyin sərəncamında 14030,95 manat sərbəst mənfəət qalıb.
Ümumilikdə 2018-ci ildə AAYDA dövlət büdcəsindən 1 milyard 409 milyon 444,8 min manat alıb. Bunun 792 milyon 444,8 mini əsaslı vəsait qoyuluşu, 372 milyon manatı məqsədli büdcə fondu çərçivəsində, 19 milyon manatı ehtiyat fondu, 226 milyon manatı birdəfəlik təyinatlı xərclər olaraq verilib.
Milyardlarla dollar xarici kredit
Qeyd etdiyimiz kimi, AAYDA həm də müxtəlif beynəlxalq və respublika əhəmiyyətli magistral yolların tikintisinə xarici maliyyə-kredit təşkilatlarından dövlət zəmanəti ilə kreditlər almaqdadır.
Hazırda Agentlik Asiya İnkişaf Bankından İkinci yol şəbəkəsinin inkişafı proqramı –Layihə 1 (Masallı-Cəlilabad avtomobil yolunun tikintisi – layihənin məbləği açıqlanmasa da, kredit sazişi imzalanmazdan əvvəl AİB-in Ələt-Astara-İran sərhədi yolunun tikintisi çərçivəsində aparılan bu işlərə 250 milyon dollar ayıracağı bildirilmişdi), İkinci yol şəbəkəsinin inkişafı proqramı –Layihə 2 (Cəlilabad Şorsulu avtomobil yolunun tikintisi – Bu layihəyə 200 milyon dolların ayrıldığına dair məlumatlar yayılıb) layihələri, Dünya Bankından Magistral yol – III layihəsi(dəyəri 241,6 milyon dollar), Magistral yol – III üzrə Əlavə maliyyələşdirmə layihəsi(140 milyon dollar ), Avropa Yenidənqurma və İnkişaf Bankından "Avtomobil yollarının təmiri və bərpası” layihəsi (ümumi dəyəri 750 milyon dollardır, bunun 500 milyon dollarlıq hissəsi 2016-cı ildən bəri ayrılıb) üzrə vəsaitlər cəlb edib.
Bu ilin 1 yanvarına AAYDA-nın cəlb olunması nəzərdə tutulan xarici kreditlərinin ümumi həcmi 3,8 milyard dollar təşkil edib. Bunun 1 milyard 875,7 milyon dolları faktiki cəlb olunaraq xərclənib.
Son qəpiyinə qədər xərclənən Fond
Yəqin ki, Azərbaycanda, xüsusilə də Bakı şəhərində avtomobil yollarının çox tez-tez təmir olunmasından hamının xəbəri var. Daha doğrusu, insanların bir yolun demək olar ki, hər il qaşınaraq təmirə bağlanması üzündən əziyyət çəkdiklərini mümkün olan bütün vasitələrlə müvafiq qurumların diqqətinə çatdırmağa çalışmasından. Bu təmirlərin real məqsədinin nə olduğunu müəyyənləşdirmək üçün yolların saxlanması və təmirinə sərf olunan vəsaitlərin həcminə diqqət yetirməyə ehtiyac var. Məsələ burasındadır ki, bu işlərin həyata keçirilməsi "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitləri hesabına həyata keçirilir. Belə ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”na görə, Fondun vəsaiti Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarı ilə bağlı aşağıda göstərilən istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilir:
– Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini respublikanın şəhərləri, rayon mərkəzləri, şəhər tipli qəsəbələri, hava, dəniz və çay limanları, dəmiryol stansiyaları, qoruq və istirahət zonaları, həmçinin xüsusi obyekt və müəssisələrlə birləşdirən respublika əhəmiyyətli avtomobil yollarının saxlanılması və istismarına;
– rayonlararası və kənd və qəsəbələri şəhər və rayon mərkəzləri ilə birbaşa birləşdirən yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması və istismarına;
– ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, və istismarı ilə bağlı digər işlərin maliyyələşdirilməsinə.
Fondun xərclərinin istiqamətlər üzrə maliyyələşdirilməsi hər büdcə ili üçün tərtib olunan, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılan və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təsdiq edilən xərclər smetası çərçivəsində həyata keçirilir.
Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Fondun vəsaiti həmin Fonda faktiki daxilolmalar dairəsində xərclənir. Fondun vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onun başqa məqsədlər üçün xərclənməsinə yol verilmir.
2018-ci ildə Fonda daxilolmalar 333 milyon manat səviyyəsində proqnozlaşdırsa da, ilin ortasında bu məbləğ 39 milyon manat artırılıb. Beləliklə Fondun büdcəsi 2017-ci ildəkindən 25,3 faiz çox olub və bütünlüklə xərclənib. Elə 2017-ci ildə də bu mənbə üzrə AAYDA bir qəpik də saxlamayıb. Səbəb çox sadədir: yuxarıda qeyd olunan qaydalara əsasən Fondun hesabında ilin sonuna qalan vəsait növbəti ildə onun gəlirlərinə daxil edilir. Agentliyin maliyyə hesabatlarına nəzər yetirdikdə aydın olur ki, dövlət büdcəsindən ayrıalan vəsaitlər son manatına qədər xərclənir. Lakin beynəlxalq maliyyə-kredit təşkilatlarından alınan kreditlər üzrə bu cür qəpiyə-qəpik xərcləmə baş vermir, çünki vəsaitlər konkret maddələr üzrə ayrılır və xərclənməsinə dair şəffaflıq tələbləri var.
Hesablama Palatası xəbərdarlıq edib ki…
(ardı var)
Mənbə: Afn.az
Bu vəsaitlərin xərclənməsi xeyli müddət Nəqliyyat Nazirliyinin rəhbərliyi altında həyata keçirilib. 2015-ci ilin dekabrında prezidentin sərəncamı ilə "Azəryolservis” ASC bu nazirliyin tərkibindən çıxarılaraq müstəqil fəaliyyətə başlayıb. 2017-ci ildə isə daha geniş səlahiyyətlər alaraq publik hüquqi şəxsə çevrilib. Nizamnaməsində əksini tapan bu səlahiyyətlərə əsasən agentliyin fəaliyyət istiqamətlərinə uyğun, yol təsərrüfatı üçün zəruri olan xammalın və materialların istehsalını və satışını həyata keçirmək, Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizində və alternativi olan digər avtomobil yollarında ödənişli avtomagistralların, körpülərin, tunellərin və digər yol qurğularının təşkili və istismarı ilə bağlı təkliflər vermək; avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda, həmin işləri lisenziya alınmadan yerinə yetirmək; Azərbaycan Respublikasında və xarici dövlətlərdə avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının tikintisi və yenidən qurulması ilə əlaqədar layihələrin həyata keçirilməsi üçün layihəçi və podratçı təşkilatların seçilməsi məqsədi ilə keçirilən tenderlərdə (müsabiqələrdə) müvafiq qanunvericiliyə uyğun olaraq iştirak etmək hüququ da verilir.
Nəhayət, yeni quruma sahibkarlıqla məşğul olmaq hüququ verildiyinə görə onun maliyyələşmə mənbələrinin sayı da artırılıb. Belə ki, nizamnaməsinə görə, agentliyin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçi tərəfindən ona verilmiş digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
Büdcədən alınan 1,4 milyard manat, azalan mənfəət
Publik hüquqi şəxs olduğu üçün AAYDA-nın saxlanmasına dövlət büdcəsindən birbaşa vəsait ayrılmır. Lakin dövlət büdcəsi hesabına maliyyələşdirilən bütün yol tikinti və təmir işləri agentliyə həvalə olunur. Yəni dövlətin avtomobil yolları ilə bağlı bütün layihələrinin icraçısı bu qurumdur. Eyni zamanda dövlət zəmanəti ilə xarici maliyyə qurumlarından alınan kreditlər hesabına reallaşdırılan layihələr də AAYDA-ya verilir. Bu baxımdan, agentliyin büdcəsi yüksək məbləğləri əhatə etməkdədir. Məsələn, 2018-ci ildə qurum təkcə dövlət büdcəsindən 1,4 milyard manatdan yuxarı vəsait alıb.
Hətta bu aşağı məbləğdə əmək haqqını da AAYDA rəhbərliyi işçilərə vaxtında ödəməyib. Belə ki, 31.12.2018-ci il tarixə işçilərə 4 milyon 353 min 101,06 manat əmək haqqı borcu qeydə alınıb.
Maliyyə hesabatından aydın olur ki, Agentlik 2018-ci ildə əsas fəaliyyət növü olan avtomobil yollarının saxlanılması, tikintisi və təmiri işlərini yerinə yetirib. Bu işləri qurum özü-özü ilə müqavilə bağlayaraq həyata keçirib. Bu müqavilələrin ümumi dəyəri 1 milyard 128 milyon 854 min 747,64 manat təşkil edib.
2017-ci ildə isə qurum 564 milyon 830 min 760,88 manatlıq iş həcmi yerinə yetirib. Bu zaman 77 min 336,40 manat mənfəət əldə olunub. Bu mənfəətdən 20 faiz dərəcəsi ilə 15467,28 manat mənfəət vergisi hesablanıb və Agentliyin sərəncamında 61869,12 manat sərbəst mənfəət qalıb.
Hesabatdan o da aydın olur ki, 2018-ci ildə büdcəsi əvvəlki ildən ikiqat çox olsa da, AAYDA cəmi 17 min 538,69 manat – yəni 4,5 dəfəyə yaxın az mənfəət əldə edib. Bu mənfəətdən 20 faiz dərəcəsi ilə 3507,74 manat mənfəət vergisi hesablanıb və Agentliyin sərəncamında 14030,95 manat sərbəst mənfəət qalıb.
2017-ci ildə AAYDA dövlət büdcəsindən "kapital qoyuluşlarının investisiyasına və maliyyələşdirilməsinə” 515 milyon 187 min 412,33 manat, 2018-ci ildə isə 1 milyard 39 milyon 137 min 303,74 manat alaraq hamısını xərcləyib.