AXCP-nin Daşkəsən şöbəsi sədrinə narkotiklə bağlı cinayət işi açılıb
Mart 19
11:04
2024
Sosial şəbəklərdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb.
Fakta görə cinayət işi qaldırılıb, istintaq hərəkətləti davam etdirilir.
DİN-in mətbuat xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.