Aygün Balın göyərçinə vurulan qazı – Uşaqlara nə təlqin olunur?
Avqust 11
16:37
2020
"Bu gün Azərbaycanda nəzarətin olmaması istənilən şəxsin dərslik çıxartmaq imkanına malik olmasına gətirib çıxarır”.
Bu sözləri Qaynarinfo-ya açıqlamasında uşaqlar üçün nəzərdə tutulmuş "Qaz ilə göyərçinin əhvalatı” adlı kitabda uyğun olmayan ifadə və mövzuyla bağlı danışarkən təhsil eksperti Kamran Əsədov deyib:
"Təəssüflər olsun ki, bu gün kitab çapı, xüsusən də azyaşlı uşaqlar üçün kitabların çapı sürətlənib. Çünki bazar bir qədər böyükdür, hər kəs istədiyi vəsaiti, istədiyi kitabı çap edir. Bu sahəyə nəzarət tamamilə itib. Bu dəhşətdir. Hesab edirəm ki, bu sahəyə nəzarət olmalıdr”.
Ekspert bildirib ki, bu sahəyə nəzarəti gücləndirmək üçün ilk növbədə dərslik mərkəzi yaradılmalıdır:
"Əgər söhbət həmin kitabdan gedirsə, o kitabdakı şəkillər, illüstrasiyalar kifayət qədər orjinal idi, kitabın şriftləri parlaq, böyük idi. Amma burda söhbət kitabın məzmunundan gedir. Məzmun nəzərdə tutulan kütlənin yaş xüsusiyyətlərinə və psixologiyasına uyğun deyil. Bundan əlavə, həm də Azərbaycanın milli dəyərləri və mentalitetinə də uyğun deyil.
Təəsüflər olsun ki, bu gün xüsusən azyaşlılar üçün nəzərdə tutulan kitablara və dərsliklərə nəzarət sıfra bərabərdir. Ona görə də senzura mərkəzi yaradılmalıdır, xüsusilə azyaşlı uşaqlar üçün çap edilən vəsaitlər həmin mərkəz tərəfindən təsdiq edildikdən sonra çapa buraxılmalıdır”.
Ekspert bu gün hətta ən əxlaqa zidd faktların belə çap olunaraq auditoriyaya buraxıldığını qeyd edib:
"Burda şagirdlərə lazım olmayan informasiyalar çatdırılır. Hesab edirəm ki, mütləq şəkildə 18 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulan istənilən vəsait, oradakı informasiyanın yaş və psixologiya qrupuna uyğunluğu rəsmi qrumlar tərəfindən təsdiq olunduqdan sonra çapa getməlidir”.
Qeyd edək ki, bu gün sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə çevrilən "Qaz ilə göyərçinin əhvalatı” adlı kitab azyaşlılar üçün nəzərdə tutulsa da, mövzu və ideyası, yer alan sözlər ciddi narahatlıq doğurur. Həm məzmun, həm mövzu əxlaqa ziddir, üstəlik də bədiilikdən uzaqdır.
Kitabın müəllifi Aygün Bal adlı xanımdır. Yazıçı-şairənin bir çox digər nağıl və şeir kitablarının olduğu da deyilir. Aygün Bal bildirildiyinə görə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Məsələ bağlı saytımıza açıqlama verən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bildirib ki, hər bir şəxs belə kitabları çap etdirib fərdi şəkildə yaya bilər. Təhsil Nazirliyi bu və ya digər formada kitabların çapını qadağan edə bilməz.
Qeyd edək ki, bu gün sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə çevrilən "Qaz ilə göyərçinin əhvalatı” adlı kitab azyaşlılar üçün nəzərdə tutulsa da, mövzu və ideyası, yer alan sözlər ciddi narahatlıq doğurur. Həm məzmun, həm mövzu əxlaqa ziddir, üstəlik də bədiilikdən uzaqdır.
Kitabın müəllifi Aygün Bal adlı xanımdır. Yazıçı-şairənin bir çox digər nağıl və şeir kitablarının olduğu da deyilir. Aygün Bal bildirildiyinə görə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Yayılan fotoları təqdim edirik:
Qlobal.az