SON XƏBƏR

AYİB: Azərbaycan artıq növbəti risklər üçün daha hazırlıqlıdır

Mart 01
11:33 2018
"2014-2016-cı illər arasında Azərbaycanda iqtisadi azalma müşahidə olunub. Dünya bazarında neft qiymətlərinin azalması buna təsir edib. Çünki, ölkə iqtisadiyyatı neft sektorundan asılıdır"

Bunu "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Konstantin Kintsuraşvili deyib.

Onun sözlərinə görə, iqtisadiyyatdakı azalma konservativ büdcə planlaması, fiskal siyasət strategiyasına yenidən baxılması ilə nəticələnib: "Buna görə də Azərbaycan artıq növbəti risklər üçün daha hazırlıqlıdır. Gələcəkdə belə hallar üzə çıxdıqda ölkə daha hazır olmalıdır. İqtisadi alətlər düzgün və yerində olmalıdır ki, risklərə və tsikillərə adekvat cavab verilsin. Azərbaycan Mərkəzi Bankının qarşısında duran əsas vəzifə dollarlaşma ilə bağlıdır. Bank sektorunda restrukturizasiya həyata keçirilməlidir. Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası uğurla həyata keçirilib və bu proses davam etdirilməlidir. İqtisadiyyatın diversifikasiyası isə məhdud olaraq qalır. Biz bilirik ki, bunu qısa zamanda həyata keçirmək çətindir. Buna nail olmaq üçün müəyyən zaman tələb olunur. Lakin neft qiymətlərinin artımı buna kömək edə bilər"."APA-Economics"





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook