AYİB Moldovaya 41 milyon avro ayıracaq
Sentyabr 29
10:57
2016
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Rumıniya ilə Moldovanı birləşdirən "İaşi-Ungheni” qaz kəmərinin paytaxt Kişinyova qədər genişləndirilməsini maliyyələşdirəcək.
"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, "Ungheni-Kişinyov” qaz xətti Rumıniya ilə Moldovanın qaz şəbəkəsini təşkil edən və 27 avqust 2014-cü ildə istifadəyə verilən "İaşi-Ungheni” xəttinə birləşdiriləcək.
Uzunluğu 120 km olan "Ungheni-Kişinyov” qaz xətti layihəsinin ümumi dəyəri 93 mln avrodur. AYİB isə bu məbləğin 41 mln avrosunu maliyyələşdirəcək.
Moldova hökuməti bildirib ki, artıq bir sıra şirkətlər layihənin maliyyələşdirilməsinə maraq göstərirlər. Şirkətlərdən biri də bu ilin iyulunda SOCAR ilə Qarşılıqlı Anlaşma Memorandumu imzalayan Rumıniyanın "Transqaz” şirkətidir.
Qeyd edək ki, 2015-2016-cı illərdə "İaşi-Ungheni” qaz kəməri vastəsilə Rumıniyadan Moldovaya 1 mln kub metr qaz nəql olunub. Paytaxt Kişinyova qədər uzanan yeni kəmər tikildikdən sonra onun illik ötürücü gücü 1,5 milyard kub metr olacaq.