Aynurə Əhmədzadənin şirkətlərində mühasib səhvi - Kapital 500 dəfə azaldıldı
May 26
10:32
2023
Yaxın tarixlərdə dövlət qeydiyyatına alınan və eyni şəxsin qanuni təmsilçi olduğu 3 şirkət nizamnamə kapitalını kəskin azaldır.
Qlobal.az yeniavaz.com-a istinadla xəbər verir ki, Əhmədzadə Aynurə Əli qızının qanuni təmsilçi olduğu "BUSINESS FINANCE GROUP" MMC (VÖEN – 1406300471) və "İmza İnşaat” MMC-lər (VÖEN – 1406188941) nizamnamə kapitallarını 500 dəfə azaldaraq 100 000 manatdan 200 manata, "Star Stamp” MMC (VÖEN – 1406234141) isə nizamnamə kapitalını 400 dəfə azaldaraq 60 000 manatdan 150 manata endirir.
Adları keçən hər 3 şirkətin qanuni təmsilçisi eyni şəxs olsa da, hüquqi ünvanları fərqli olub:
"İmza İnşaat” MMC 18.10.2022-ci il tarixində Nəsimi rayonu, Dilarə Əliyeva, ev 235A ünvanında,
"Star Stamp” MMC 21.11.2022-ci il tarixində Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 34, m. 1 ünvanında,
"BUSINESS FINANCE GROUP" MMC isə 13.01.2023-cü ildə Nəsimi rayonu, Dilarə Əliyeva, ev 113, m 1 ünvanında dövlət qeydiyyatına alınıb.