SON XƏBƏR

“Az” domeni ilə bağlı qərara dəyişiklik edildi

May 26
09:52 2021
Nazirlər Kabineti "az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və "Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2019-cu il 25 fevral tarixli 63 nömrəli Qərarında dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, qərara aşağıdakı məzmunda 2.1.11-1-ci yarımbənd əlavə edilib:

"2.1.11-1. domen adlarının milli inzibatçısı - "az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.”.

3.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

"az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – Nazirlik) ilə razılaşdırılmaqla, Milli inzibatçı tərəfindən müəyyən edilir.”.

4.2-ci bənddə "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə (bundan sonra – Nazirlik)” sözləri "Nazirliklə” sözü ilə əvəz edilib.

"az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”na əlavənin 3-cü hissəsinin adında "Təkliflərin” sözü "Tərəflərin” sözü ilə əvəz edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook