SON XƏBƏR

Azad edilən ərazilərdə 100-dən artıq yeni məktəb tikiləcək

Dekabr 29
11:08 2023
2026-cı ilə qədər işğaldan azad edilən ərazilərdə 100-dən artıq yeni məktəbin tikintisi planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, işğal dövründə məcburi köçkün məktəbi statusu var idi. Bu, özlüyündə qeyri-adi status idi.

"Azərbaycanda məcburi köçkünlər qalmadığı kimi, məcburi köçkün məktəbləri də qalmasın. Böyük Qayıdış Proqramı çərçivəsində məktəblər, müəllim heyəti öz yurdlarına qayıdır. İnanırıq ki, həmin məktəblər Azərbaycan təhsili üçün keyfiyyətli təhsil xidməti göstərən məkana çevriləcək.

Öz yurdlarına qayıdan insanlar arasında müəllimlər olur. İlk növbədə həmin şəxslərin yaşayış yerlərinə görə məktəblərə cəlb edirik", - deyə E.Əmrullayev bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook